Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 14:55
"7-ci sinifdə oxuyarkən, anamı itirmişəm. O, mənim nə sənətkar, nə də ana olduğumu görə bildi. Həmişə bir sözü var idi ki, bircə bunu böyütsəydim. Nə bilim qismət. Mənə elə gəlir, o sağ olsaydı, heç bəlkə mən bu sənətdə də olmazdım".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri "Düzünə qalsa..." verilişində Əməkdar artist Sənubər İsgəndərli deyib. Aktrisa anasının ona çox qadağa qoyduğunu söyləyib:
"Onun qadağaları mənim qızıma qoyduğum qadağalardan da çox idi. Daha dərin idi...Təki övladlar valideynlərin çiynində getməsin. Bu yaşıma gəlib çatmışam, anaya həmişə ehtiyac olur. 11-12 yaşım var idi, anam hələ sağ idi. Bir gün dayımgilə getmişdik.
Dayım bəlli bir yaşda idi, övladları da böyük idi. Dayımın 60 yaşı var idi, bir ana mahnısına qulaq asan kimi ağladı. Çatmırdı mənə, dedim bu niyə ağlayır, day anası çoxdan ölüb də. Deməli, o yaşda insan da ana üçün ağlayarmış... Anadı insanı qoruyan. Qızıma da deyirəm ki, nə sözün oldu, gəl anaya de. Rəfiqə də sənin kimi təcrübəsizdir...".