Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: İkinci 1/8 finalçı Braziliya oldu - VİDEO - FOTO

DÇ-2022: İkinci 1/8 finalçı Braziliya oldu - VİDEO - FOTO

Tarix: 28 Noyabr 2022 22:00

21:53

Bu gün DÇ-2022-nin G qrupunda II tura yekun vurulub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, beşqat dünya çempionu Braziliya mundialda ikinci sınağına çıxıb.

Dörd gün öncə Serbiyanı iki qolla üstələyən Titenin yetirmələri İsveçrə ilə qarşılaşıb. Zədəli Neymarın yoxluğunda rəqibin müqaviməti ilə üzləşən Cənubi Amerika təmsilçisi sona yaxın vurduğu yeganə qol sayəsində aktivinə növbəti 3 xalı yazdırıb. Bununla ikinci qələbəsini qazanan Braziliya yığması Fransadan sonra 1/8 finala vəsiqəni rəsmiləşdirən ikinci komanda olub.

İsveçrə isə məğlubiyyətə baxmayaraq, son tura turnir cədvəlinin ikinci pilləsində girəcək.

Qeyd edək ki, qrupun son oyunları dekabrın 2-də keçiriləcək. Həmin gün İsveçrə Serbiyanı, Braziliya isə Kamerunu sınağa çəkəcək.

DÇ-2022, qrup mərhələsi
28 noyabr, II tur
G qrupu
20:00. Braziliya - İsveçrə - 1:0
Qol: Kazemiro, 83

1

Braziliya

2

2

0

0

3-0

6

2

İsveçrə

2

1

0

1

1-1

3

3

Kamerun

2

0

1

1

3-4

1

4

Serbiya

2

0

1

1

3-5

1

----------

21:41

Braziliya - İsveçrə - 1-0

Qol: Kazemiro (83-cü dəqiqə)

---------

20:49

Qətərdə keçirilən dünya çempionatında Braziliya və İsveçrə yığmaları arasında G qrupunun II tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıb.

-------

20:01

Braziliya - İsveçrə

Braziliya: Alisson, Militao, Tiaqo Silva, Markinyos, Aleks Sandro, Kazemiro, Fred, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

İsveçrə: Zommer, Vidmer, Elvedi, Akanji, Rodriqes, Caka, Froyler, Sou, Varqas, Rider, Embolo 

Milli.Az


Etiketlər:  2022 İkinci 18 finalçı Braziliya oldu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ