Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldonun sevgilisi kazinoya "pul" paltarında gəldi

Ronaldonun sevgilisi kazinoya

Tarix: 29 Noyabr 2022 14:08

İspan rəqqasə, model və portuqaliyalı futbolçu Kriştiano Ronaldonun sevgilisi Jorjina Rodriqes kazinoya "pul" paltarında gələrək azarkeşləri qəzəbləndirib.

Milli.Az-ın lent.az-a istinadla xəbərinə görə, onun "Instagram" səhifəsində müvafiq şəkillər və şərhlər yer alıb.

Məşhur oyun avtomatlarının fonunda təsvir olunduğu bir sıra fotolar yayımlayıb. O, dəbdəbəli "Vetements" brendinin dollar əskinasları ilə bəzədilmiş stiletto topuqları və maksi paltarı geyinib. Eyni zamanda onun imicini ağ-boz dəri çanta və gün eynəyi tamamlayıb.

Onun geyimi abunəçilər tərəfindən bəyənilməyib.

"Xahiş edirəm, Kardaşyan kimi olmayın", "Bütün bu pullar... dadsız görünür!", "Sən belə deyilsən. Eyni qalın: təvazökar və orijinal. İndi özünü göstərməyə çalışdığın axmaqlıqdır", "Sən pisə doğru dəyişirsən", "Nə gülməli geyimdir", - şərhlərini yazıblar.

Milli.Az


Etiketlər:  Ronaldonun sevgilisi kazinoya pul paltarında gəldi


RƏYLƏR