Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bred Pitt və Marqo Robbinin çəkildiyi yeni filmin treyleri yayıldı - VİDEO

Bred Pitt və Marqo Robbinin çəkildiyi yeni filmin treyleri yayıldı - VİDEO

Tarix: 29 Noyabr 2022 19:20

"Paramount Pictures" kinostudiyası Damien Şazellin "Babylon" filminin yeni rəsmi posterini dərc edib və uzun treylerini yayımlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, afişada Marqo Robbi açıq-saçıq geyimdə əks olunub.

Treylerdə Robbidən başqa Bred Pitt də görünüb.

Filmdəki hadisələr 1920-ci illərdə Hollivudda cərəyan edir. Ekran əsəri erkən Hollivudun pozğunluğun geniş yayıldığı bir dövründə bir çox qəhrəmanların yüksəlişini və süqutunu göstərir.

Film ilk nümayişi dekabrın 23-də baş tutacaq.

Milli.Az


Etiketlər:  Bred Pitt Marqo Robbinin çəkildiyi yeni filmin treyleri yayıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ