Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bunu məqsədli şəkildə yazırlar'' - Vasif Talıbovun qardaşından AÇIQLAMA

''Bunu məqsədli şəkildə yazırlar'' - Vasif Talıbovun qardaşından AÇIQLAMA

Tarix: 30 Noyabr 2022 12:26

Ötən gün bir sıra saytlarda, sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması haqda xəbərlər yayılıb.

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı Manset.az Məhərrəm Talıbovla əlaqə saxlayıb.

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Məhərrəm Talıbov saxlanılması haqda xəbərlərin yalan olduğunu bildirib:

"Mənim saxlanılmağımla bağlı xəbərlər yalandır. Bunu yazanlar məqsədli şəkildə yazırlar. Mən uzun illər hüquq-mühafizə orqanlarında çalışmışam. Bu gün də çalışıram. Mən qanun adamıyam. Qanun nəyi deyirsə, onu da eləmişəm."

Qaldı ki, bizim ailəmiz ömür boyu dövlətə, dövlətçiliyə bağlı olub. Biz daim Cənab Prezidentimizi dəstəkləmişik. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq olmuşuq. Bu gün də bu bağlılıq davam edir. Dövlətimizin bu gün həyata keçirdiyi islahatlara heç kəsin iradı ola bilməz, onu müzakirə edə bilməz. Allah cənab Prezidentimizi qorusun!".


Etiketlər:  Bunu məqsədli şəkildə yazırlar Vasif Talıbovun qardaşından AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ