Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2022 13:26
Ukrayna Rusiyanın işğal etdiyi Krımı 6 aya qaytara bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov deyib.
"Ukrayna Polşadan modernləşdirilmiş çoxməqsədli MiQ-29 qırıcıları alarsa, o zaman Rusiya ilə müharibədə köklü dəyişiklik baş verəcək. Əlbəttə, bundan sonra Krımı 6 ay ərzində Ukraynanın nəzarətinə qaytarmaq realdır. Bu təyyarələr o qədər modernləşdirilib ki, Rusiyanın malik olduğu hava hücumundan müdafiə sistemləri ilə asanlıqla döyüş apara bilər", - o bildirib.