Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2019 21:24
"Roma"nın futbolçusu Edin Ceko sağ almacıq sümüyünün sınığı səbəbindən əməliyyat olunub.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əməliyyat müvəfəqiyyətlə keçib. 33 yaşlı hücumçu zədəsinə baxmayaraq, Bosniya və Herseqovina millisinin düşərgəsinə yollanıb. Onun qoruyucu maska ilə oynaya biləcəyi vurğulanıb.
Qeyd edək ki, Bosniya və Herseqovina Avro-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-i Finlandiya, oktyabrın 15-i isə Yunanıstanla qarşılaşacaq.