Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ulduz futbolçu həbs oluna bilər

Ulduz futbolçu həbs oluna bilər

Tarix: 1 Avqust 2025 22:02

PSJ-nin futbolçusu 15 il həbs cəzası ilə üzləşə bilər.

Sonxeber.net xəbər verir ki, Fransanın "Le Parisien" nəşri PSJ klubunun müdafiəçisi Əşrəf Hakiminin əxlaqsızlıqda ittiham olunduğunu və 15 ilədək azadlıqdan məhrum edilə biləcəyini yazıb.

Hadisə 2023-cü ilin fevralında Paris ətrafında baş verib. 24 yaşlı qadın bildirib ki, Hakimi ilə sosial şəbəkədə tanış olub və bir ay virtual ünsiyyətdən sonra onun evinə gedib. Qadının sözlərinə görə, futbolçu onun razılığı olmadan əlaqəyə cəhd edib. Zərərçəkən hadisədən sonra evi tərk edərək polisə müraciət edib.

Hadisədən sonra Hakimi saxlanılıb və ifadəsi alınıb. O, istintaq zamanı bütün ittihamları rədd edib. Mart ayında məhkəmə onu məhdudiyyətlərlə azadlığa buraxsa da, Nanter prokurorluğu 2025-ci ilin avqustunda futbolçunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Qeyd edək ki, 26 yaşlı Əşrəf Hakimi 2021-ci ildən PSJ-nin heyətində çıxış edir. O, daha əvvəl "Real Madrid", Dortmund "Borussiya"sı və "İnter" klublarında da forma geyinib.


Etiketlər:  Ulduz futbolçu həbs oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ