Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceko əməliyyat olundu - Maska ilə oynaya bilər

Ceko əməliyyat olundu - Maska ilə oynaya bilər

Tarix: 7 Oktyabr 2019 21:24

"Roma"nın futbolçusu Edin Ceko sağ  almacıq sümüyünün sınığı səbəbindən əməliyyat olunub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əməliyyat müvəfəqiyyətlə keçib. 33 yaşlı hücumçu zədəsinə baxmayaraq, Bosniya və Herseqovina millisinin düşərgəsinə yollanıb. Onun qoruyucu maska ilə oynaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, Bosniya və Herseqovina Avro-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-i Finlandiya, oktyabrın 15-i isə Yunanıstanla qarşılaşacaq.

 


Etiketlər:  Ceko əməliyyat olundu Maska ilə oynaya bilər


RƏYLƏR