Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2022 20:50
Türkiyə əleyhinə məqamların yer aldığı "Odda-İki bacı" ("İm Feurer" və ya "Sisters apart") filminin Bakıda nümayişi baş tutmayacaq.
Almaniyanın Azərbaycandakı səfirliyi və Avropa İttifaqının nümayəndəliyinin filmin nümayişi ilə bağlı təşəbbüsü kəskin etirazla qarşılandığından geri addım atılıb.
Bununla belə, bu gün ictimaiyyət nümayəndələri filmin nümayiş etdiriləcəyi elan olunmuş "Landmark"ın qarşısına toplaşaraq, Türkiyə əleyhinə hazırlanmış filmin nümayiş etdirilməsi təşəbbüsünə kəskin etirazlarını bildiriblər.
Xatırladaq ki, Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş "Odda - İki bacı" ("İm Feurer" və ya "Sisters apart") filmini nümayiş etdirməkdən imtina edib.
Filmdə Almaniya bundesverinin hərbçisi olan Rojda Xani İraqda kürd hərbçilərə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir.
Fəqət, kimsə bilmir ki, o, əslində itkin bacısı Bərivanı axtarır.
Filmdə Türkiyə hərbçiləri qəddar, qaniçən, məkrli "potensial düşmən" kimi göstərilib.
Ssenari müəlllifi və rejissoru Dafne Çarizani olan filmdə baş rollarda Almila Bagiracıq, Zübeydə Bulud və Məryəm Bubani çəkiliblər.
Ümumiyyətlə, lent açıq-aşkar şəkildə Türkiyəyə düşmənçilik, antipatiya ruhundadır və bu hissləri təbliğ edir.
Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark"da nümayiş etdimək niyyətində idilər. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayılmışdı.