Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2022 06:44
Şirvanda məcburi köçkünlərin yaşadığı binalarda istilik sistemi problemi yaşanır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, qəsəbədə əsasən Zəngilan, Füzuli və Cəbrayıl rayonlarından olan 685 məcburi köçkün ailəsinin yaşadğı 13 bina var. Bundan əlavə qəsəbədə iki məktəb, bir uşaq bağçası fəaliyyət göstərir. Lakin qəsəbə hələ də istiliklə təmin olunmayıb.
Şirvandakı bu qəsəbədə yaşayan sakinlər qeyd edirlər ki, buraya köçəndən problem həll olunmayıb.
Sakinlər bildirir ki, istiliklə bağlı dəfələrələ müraciət edibər, lakin hələ də onlara məsələnin nə zaman həll olunacağını deyən olmayıb.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin katibi İbrahim Mirzəyev "Xəzər Xəbər"ə bildirib ki, qazanxanalar müvafiq qaydada balansa götürülməyib.
O da qeyd edilib ki, Dövlət Komitəsi problemin həlli istiqamətində işləri davam etdirəcək.
"Azəristiliktəchizat" ASC-dən isə "Xəzər Xəbər"ə bildirilib ki, qəsəbənin qazanxanası onların qurumuunn balansında deyil. Müvafiq dövlət qurumu qəsəbənin qazanxanasının idarə edilməsini "Azəristiliktəchizat" ASC-yə həvalə etmək istəyirsə, bununla bağlı müraciət edə bilər. Lakin qazanxananın balansa keçirilməsi qərarını Nazirlər Kabineti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti verə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: