Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə bu məsələləri müzakirə etdi

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə bu məsələləri müzakirə etdi

Tarix: 1 Dekabr 2022 09:51

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-ci iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Bu barədə Sonxeber.net-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Etiketlər:  Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə məsələləri müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ