Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi: "Komanda mənim səhvimdən sonra daha güclü oynadı"

Messi:

Tarix: 1 Dekabr 2022 14:42

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Polşaya 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu 35-ci dəqiqədə penaltini düzgün yerinə yetirə bilmədiyi üçün əsəbiləşdiyini deyib: "Amma komanda mənim səhvimdən sonra daha güclü oynadı. Hesab açılan kimi oyunun dəyişəcəyini bilirdik.

Avstraliya ilə matç çətin olacaq. İstənilən komanda hər kəsə qalib gələ bilər, şanslar bərabərdir. Oyuna mümkün qədər yaxşı hazırlaşmalıyıq. Sakit qalmaq və oyundan-oyuna düşünmək lazımdır. Dünya çempionatında yeni mərhələ start götürmək üzrədir. İnanıram ki, qələbələrə davam edəcəyik".

Qeyd edək ki, Argentina DÇ-2022-nin 1/8 finalında dekabrın 3-ü Avstraliya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Messi Komanda mənim səhvimdən sonra daha güclü oynadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ