Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Parlamentdə dava: şillə, təpik, yumruq - VİDEO - FOTO

Parlamentdə dava: şillə, təpik, yumruq - VİDEO - FOTO

Tarix: 2 Dekabr 2022 11:14

Seneqal parlamentində yeni ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı dava düşüb.

Davanın səbəbi Seneqal prezidenti Maki Sallın 2024-cü ildə yenidən prezident seçkilərinə qatılmaq və dövlət başçısı postunda 3-cü səlahiyyət müddətini icra etmək istəyidir.

Müxalifətin fikrincə, M.Sall bu minvalla əvvəllər verdiyi vədləri pozur. 60 yaşlı Sallın tərəfdarları isə bəyan edirlər ki, ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərə uyğun olaraq o, üçüncü dəfə prezident seçilə bilər.

Milli.Az bildirir ki, müxalifətçi deputat Massata Samb parlamentdə çıxış edərkən bildirib ki, ölkə müsəlmanlarının dini lideri də M.Sallın bu niyyətinə qarşıdır: "Tənqidçilər əslində dini liderimizi təhqir edirlər".

Hakimiyyət koalisiyasından olan deputat Emi Ndiaye Qnibiya bu açıqlamaya gülüb.

Massata Samb tribunadan enərək Qnibiyanı vurub, qadın deputat da cavabında ona kətil atıb.

Digər müxalifətçi deputat Serin Mustafa Si isə Qnibiyanı təpikləyərək yerə yıxıb.

Milli.Az


Etiketlər:  Parlamentdə dava şillə təpik yumruq VİDEO FOTO


RƏYLƏR