Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslər gələn ildən maaşlarına əlavələr alacaqlar

Bu şəxslər gələn ildən maaşlarına əlavələr alacaqlar

Tarix: 2 Dekabr 2022 13:30

Gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar.

Sonxeber.net xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Hazırda miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Eyni zamanda miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilə bilər. Layihəyə əsasən, 2023-cü il yanvarın 1-dən bu maddələr qüvvədən düşəcək. Başqa sözlə, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilməyəcək, hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilməyəcək.

Qanun layihəsi Milli Məclisdə qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Etiketlər:  şəxslər gələn ildən maaşlarına əlavələr alacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ