Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2022 14:04
Kiberməkanda Rusiya Ukraynanı raketlərlə vurduğu kimi, eyni intensivliklə kiberməkanda da hücumlarını davam etdirir. Və bu döyüşlər çoxdan Ukrayna və ya Rusiyanın hüdudlarından kənara çıxıb, biz tez-tez ABŞ hava limanları və ya Estoniya banklarına kiber-hücumlar edilməsi ilə bağlı xəbərlərə rast gəlirik.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Xüsusi Rabitə üzrə Dövlət Xidmətinin sədri Yuri Şçiqal banklara edilən kiberhücumlarla bağlı danışarkən deyib.
O bildirib ki, Ukrayna banklarını vurmaq üçün Rusiyanın son hədələri də kiberməkanda reallaşacaq.
Onun sözlərinə görə, banklara hücumlar adi vətəndaşlar üçün belə bank xidmətlərini əlçatmaz edir:
"Belə bir hücumun məqsədi hələ də Ukraynanın bütün infrastrukturunu məhv etmək olaraq qalır".