Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"FİFA Uruqvaya qarşıdır" Suares

Tarix: 3 Dekabr 2022 08:14

Uruqvay millisinin üzvü Luis Suares DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Qanaya qalib gəldikləri görüşdən (2:0) sonra açıqlama verib.

O, hakim qərarlarından narazılığını ifadə edib və FİFA-nı günahlandırıb.

Uruqvay Kamerun üzərində qələbəyə baxmayaraq 1/8 finala adlaya bilməyib. Qrupun digər oyununda Cənubi Koreyanın Portuqaliyanı üstələyib (2:1). Uruqvay qol nisbətinə görə Cənubi Koreyadan geri qalıb və qrupdan çıxmağı bacarmayıb. Luis Suares isə buna görə FİFA-nı günahlandırıb. 35 yaşlı hücumçu düşünür ki, ötən tur Portuqaliya ilə görüşdə Uruqvayın qapısına penalti təyin olunmasaydı, milli pley-offa adlaya bilərdi. Luis Suarez buna görə də FİFA-nın Uruqvay millisinə qarşı olduğunu fikirləşir:

"Portuqaliya ilə görüşdəki penalti zərbəsi qol fərqi amilinə görə bizə zərər verdi. Eyni şeyi Nunesin epizodu haqqında da demək olar, amma əks istiqamətdə. FİFA və hakimlər komitəsi inanılmaz penaltilər təyin etmək qərarlarının nəyə əsaslandığına dair aydın izahat verməlidirlər. Lakin digər tərəfdən Qana ilə oyunda bizə 2 penalti verilmədi. Lakin bu, bəhanə deyil. Belə görünür ki, Uruqvaya daha çox təsir lazımdır. FİFA həmişə bizə qarşıdır".

Milli.Az


Etiketlər:  FİFA Uruqvaya qarşıdır Suares


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ