Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abşeronda piyadanı vuran sürücü hadisə yerindən yayınıb - FOTO

Abşeronda piyadanı vuran sürücü hadisə yerindən yayınıb - FOTO

Tarix: 3 Dekabr 2022 08:58

Xırdalan şəhərində yol qəzası qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, yolu keçən gənc oğlanı naməlum markalı avtomobil vurub.

Sürücü hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb.

Ağır xəsarət alan piyada təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Həkimlər onun vəziyyətinin kritik olduğunu bildirir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.

Milli.Az


Etiketlər:  Abşeronda piyadanı vuran sürücü hadisə yerindən yayınıb FOTO


RƏYLƏR