Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hakan Şükürə görə dünya çempionatında şərhçilikdən uzaqlaşdırıldı

Hakan Şükürə görə dünya çempionatında şərhçilikdən uzaqlaşdırıldı

Tarix: 3 Dekabr 2022 20:10

DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Kanada və Mərakeş arasında keçirilən oyunda türk şərhçi Alper Bakırcıgil işdən uzaqlaşdırılıb.

Sanksiyalara səbəb jurnalistin öz reportajında Türkiyə millisinin sabiq hücumçusu Hakan Şükürün dünya çempionatı tarixində vurduğu ən erkən qolu qeyd etməsi olub. Şərhçiyə xəbərdarlıq edilib. Onun telekanaldan qovulmadığı qeyd edilir.

​​Hakan Şükür "Qalatasaray", "İnter" və "Parma"dakı çıxışları ilə tanınır. Türkiyə komandası ilə birlikdə 1999/2000 mövsümündə UEFA kubokunu qazanıb. Futbolçu 2002-ci il dünya çempionatının bürünc mükafatçısı olan Türkiyə millisində 100-dən çox oyun keçirib.

2008-ci ildə Şükür idman karyerasını başa vuraraq siyasətə qədəm qoyub. O, FETÖ-nü dəstəkləyib, Ərdoğanın siyasətinə qarşı çıxıb və 2015-ci ildə ABŞ-a gedib. 2016-cı ildə o, Türkiyədə axtarışa verilib. Keçmiş futbolçu ABŞ-da yaşayır və taksi sürücüsü işləyir.

Milli.Az


Etiketlər:  Hakan Şükürə görə dünya çempionatında şərhçilikdən uzaqlaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ