Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 11:36
"Yuventus"un futbolçusu Aaron Remzi Avro-2020-nin seçmə mərhələsində Slovakiya və Xorvatiya oyunları buraxa bilər.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 28 yaşlı yarımmüdafiəçi A seriyasında "İnter"lə oyun öncəsi məşq zamanı ayağında ağrı hiss edib. Bu səbəbdən o, ehtiyatda qalıb. Remzinin Uels millisinin düşərgəsində qalıb-qalmayacağı bu gün tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Uels millisi Avro-2020-nin seçmə mərhələsində Slovakiya və Xorvatiya ilə görüşləri buraxacaq.