Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messidən dünya çempionatlarında yeni rekord

Messidən dünya çempionatlarında yeni rekord

Tarix: 4 Dekabr 2022 10:24

Argentina millisinin və Fransanın PSJ komandasının futbolçusu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub.

Turnirin tarixi ərzində heç bir futbolçu sözügedən mükafata Messi qədər layiq görülməyib. Təcrübəli forvard "yaşıl qitə" təmsilçisi ilə qarşılaşmada ilk qolun müəllifi olub. Hazırkı dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var.

Qeyd edək ki, Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub. "Narıncılar" 1/8 finalda ABŞ seçməsini mübarizədən kənarlaşdırıb - 3:1.

Milli.Az


Etiketlər:  Messidən dünya çempionatlarında yeni rekord


RƏYLƏR