Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı bloqer "sərvət" dəyərində lüks avtomobil aldı - FOTO

Azərbaycanlı bloqer

Tarix: 4 Dekabr 2022 17:35

Rusiyanın məşhur azərbaycanlı video bloqeri və iş adamı Hüseyn Həsənov özünə dəbdəbəli avtomobil alıb.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bloqer Dubaydakı avto salonların birindən dəyəri 1 milyon 233 min manata "Rolls-Royce Ghost" markalı lüks nəqliyyat vasitəsinə sahiblənib.

Ağ rəngdə olan avtomobilinin xarici görünüşü ilə yanaşı, daxilinin yüksək keyfiyyətli sarı rəngli dəri salonu da diqqət çəkib. Hüseyn Həsənov aldığı yeni avtomobilinin görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Sosial şəbəkə əhli azərbaycanlı video bloqerin paylaşımına minlərlə təbrik şərhi yazıblar.

Qeyd edək ki, Hüseyn Həsənovun şəxsi qarajında "Lamborghini Urus" - 548 min manat, "Rolls-Royce Cullinan" - 685 min manat, "Lamborghini Aventador" - 550 min manat, "Mercedes-AMG G63" - 822 min manat avtomobilləri var. Bloqer qırmızı rəngi sevdiyindən adıçəkilən lüks avtomobilləri qırmızıya boyadıb.

Milli.Az


Etiketlər:  Azərbaycanlı bloqer sərvət dəyərində lüks avtomobil aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ