Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Polşaya qalib gəlib, 1/4 finala çıxdı - YENİLƏNİB - VİDEO

Fransa Polşaya qalib gəlib, 1/4 finala çıxdı - YENİLƏNİB - VİDEO

Tarix: 4 Dekabr 2022 21:06

Qətərdə keçirilən futbol üzrə mundialda bu gün daha bir 1/4 finalçının adına aydınlıq gələcək.

Mundialın 1/8 final mərhələsində 2 Avropa komandası üz-üzə gələcək.

Son dünya çempionu Fransa Polşa ilə qarşılaşacaq. Tərəflərin indiyədək keçirdiyi qarşılaşmalarda Fransa üstün tərəfdir. Polşa cəmi 1 dəfə fransızlara qalib gəlib. Həmin görüş də 1982-ci il İspaniyada keçirilmiş mundialın 3-cü yer uğrunda matçı olub. Polşa Fransaya 3:2 qalib gəlib.

Dünya çempionatı-2022
1/8 final
19:00 Fransa - Polşa - 3:1

Qol: Olivye Jiru, 44. Kilian Mbappe, 74, 90+1 - Robert Levandovski, 90+9 (penalti)

21:00

Fransa - Polşa - 3:1 (İkinci hissə)

Qollar: Olivye Jiru, 44 (1:0), Kilian Mbappe, 74 (2:0), 90+1 (3:0), Robert Levandovski, 90+9 (3:1)

20:57

Fransa - Polşa - 3:0 (İkinci hissə)

Qollar: Olivye Jiru, 44 (1:0), Kilian Mbappe, 74 (2:0), 90+1 (3:0)

23:00. İngiltərə - Seneqal

20:08

Dünya çempionatı-2022
1/8 final
19:00 Fransa - Polşa - 1:0
Qol: 
Olivye Jiru, 44

19:11

Bu gün DÇ-2022-də 1/8 final mərhələsinin daha iki oyun keçirilir.

Günün ilk matçında Fransa Polşa ilə üz-üzə gəlir. "Al Tumama" stadionundakı görüş Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

Saat 23:00-da "Əl Bayt" stadionunda İngiltərə - Seneqal qarşılaşması oynanılacaq. Bugünkü oyunların qalibləri 1/4 finalda bir-birləri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Niderland və Argentina 1/4 finala yüksəliblər.

4 dekabr

19:00. Fransa - Polşa - 0:0 (Birinci hissə)

23:00. İngiltərə - Seneqal

17:53

DÇ-2022-nin 1/8 final oyunu üçün Fransa və Polşa millilərinin start heyətləri bəlli olub.

"Xoruzlar"ın start 11-liyində Huqo Lloris, Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabio, Antuan Qrizman, Usman Dembele, Kilian Mbappe, Olivye Jiru yer alıb.

Polşa komandası isə Voyçex Şçensni, Bartoş Bereşinski, Yakub Kiver, Kamil Qlik, Metti Keş, Pşemıslov Frankovski, Sebastyan Şimanski, Qjeqoj Krıxovyak, Pyotr Zelinski, Yakub Kaminski, Robert Levandovski ilə mübarizəyə başlayacaqlar.

Qeyd edək ki, oyun bu gün saat 19:00-da başlayacaq. 


Etiketlər:  Fransa Polşaya qalib gəlib finala çıxdı YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ