Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq təbabəti nədir?

Xalq təbabəti nədir?

Tarix: 6 Dekabr 2022 05:03

Xalq təbabəti xəstəliklətin təbii vasitələrlə müalicə və profilaktikasıdır. Xalq təbabəti ilə müalicə dedikdə isə xəstəlikləri müxtəlif bitki vasitələri ilə müalicə olnması nəzərdə tutulur.

Xalq təbabəti ilə müalicənin tarixi ta qədimlərə gedib çıxır. Əsasən də Qədim Şərq ölkələrində tarixi bünövrəsi qoyilmuş xalq təbabəti ilə bir çox xəstəlikləri müalicə etmək mümkün olur.  

XVIII əsrin sonlarına qədər xalq təbabəti ümumi tibbin daxilində olub. Hippokrat hətta öz əlyazmalarında meyvə şirələri ilə müalicələr barədə məqalələr yazıb.

Xalq təbabəti termini tarixə ilk dəfə XIX əsrin ortalarında alman alimləri tərəfindən düşüb. Bu dövrə qədər xalq təbabəti ilə məşğul olanlara bilici gözü ilə baxılıb. Xalq təbabəti termini ortaya atılandan sonra isə bununla həkimlər məşğul olmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı xalq təbabəti ilə müalicəni dəstəkləyir və düzgün istiqamətləndirilmiş xalq təbabəti müalicəsinin düzgünlüyünü təsdiq edir.  
Xalq təbabətinin müxtəlif sahələri var:
* zəli müalicəsi
* əllə müalicə
* tibbi massaj
* fitoterapiya
* refleksoterapiya
* bitki dəmləmələri ilə vannalar

Milli.Az


Etiketlər:  Xalq təbabəti nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ