Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2022 08:26
İsveçrə milli komandası DÇ-2022-nin 1/8 final mərhələsində Portuqaliya ilə qarşılaşacaq.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında yığmanın baş məşqçisi Murat Yakın açıqlama verib. Türk əsilli mütəxəssis tarix yazmaq istədiklərini bildirib:
"Statistika və keçmiş önəmli deyil. Portuqaliyanı məğlub edə biləcəyimizi sübut etmişik. Hamımız hazırıq. Zədəli futbolçularımız sağalıb. Matçı səbrsizliklə gözləyirik. Çünki, tarix yazmaq üçün əla fürsətdir. İsveçrənin gücünü 1/8 finala yüksələrək göstərdik. Sözün düzü, azarkeşlərimizə daha bir matç izlətmək istəyirik. Penaltilər seriyasına hazırlaşmışıq, amma yalnız buna köklənməmişik. Lazım olsa, bütün komanda buna hazır olacaq".
Qeyd edək ki, Portuqaliya - İsveçrə qarşılaşması bu gün Bakı vaxtilə saat 23:00-da baş tutacaq.