Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2022 08:44
Yunanıstanın Saloniki şəhərində polisin qaraçı millətindən olan gənci yaralaması iğtişaşa səbəb olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, polis yanacaqdoldurma məntəqəsinə ödəniş etməyən 16 yaşlı gənci təqib edərək atəş açıb. Hadisə nəticəsində yaralanan oğlan xəstəxanaya çatdırılıb.
Hadisə qaraçı icması arasında ciddi narazılıq yaradıb. Onlar gecə saatlarında Saloniki küçələrində təkərlərə və tullantı qablarına od vurublar. İğtişaş zamanı mağazaların vitrinləri sındırılıb.
Təhlküəsilik qüvvələri Molotov kokteylindən istifadə edən kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombaları tətbiq edib.