Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2022 18:15
"Kanal D" televiziyasının Türkiyənin meqastarı Tarkan Tevetoğluna yeni il buraxılışında iştirak etmək üçün yüksək məbləğdə qonorar təklif etdiyi üzə çıxıb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, sənətçinin bu təklifə müsbət cavab vermək üçün nə az nə çox düz 14 milyon lirə (təxminən 1,3 milyon manat) istədiyi iddia edilib.
Lakin "Kanal D" "sərvət" dəyərində qonorar istəyən Tarkanla hələ ki razılaşmayıb.
Qeyd edək ki, Tarkan yeni ildə Kiprdəki bir oteldə çıxışından 18 milyon lirə (təxminən 1 milyon 646 min manat) qonorar alacaq.