Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bacısı da Xamneyiyə qarşı çıxdı: “Günahsız insanları öldürür”

Bacısı da Xamneyiyə qarşı çıxdı: “Günahsız insanları öldürür”

Tarix: 7 Dekabr 2022 19:12

İranda mövcud hakimiyyətə qarşı olan etirazlar hər gün daha da şiddətlənir.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, etirazlara qoşulanlardan biri də, İranın ali dini lideri Əli Xamneyinin bacısı  Bədri Hüseyni Xamneyidir.

O, bu barədə oğlunun tviter hesabındakı açıq məktubla çıxış edib.

Xamneyinin bacısı İran İslam Respublikası rejiminin cinayətlərinə görə kədərlənən bütün analara başsağlığı verib və eyni zamanda SEPAH-ı İrandakı etirazçılara qoşulmağa, silahı yerə qoymağa çağırıb.

Açıq məktubda o, Xomeyni rejiminin iranlılara əzab və zülmdən başqa heç nə gətirmədiyini qeyd edib:

"Heç kəsə qulaq asmır və etirazları yatırmaq və günahsız insanları öldürmək yolunu tutur. Əli Xamneyi muzdluları, gec olmadan mümkün qədər tez silahlarınızı yerə qoyun və xalqa qoşulun".

Göründüyü kimi, Xamneyinin bacısının müraciəti də onu göstəririr ki, İranda vəziyyət həqiqətən də gərgindir və artıq dövlətin elitası bu prosesin acı nəticələrə gətirib çıxaracağını düşünür və bir çoxları buna əmindir. 

Məhz Xamneyinin bacısının belə müraciət etməsi həm də, onu təsdiq edir ki, İran hakimiyyətində bir çoxları artıq xilas haqqında düşünməyə başlayıb və özlərini sığortalayırlar.

Əli Xamneyi isə xaqla barışmayaraq, nümayişlərdə iştirak edənlərin cəzalandırılmasını tələb edir. O, bu barədə ötən günlərdə İsfahan şəhərində xalqa müraciəti zamanı deyib. 

Qeyd edək ki, İrandakı qiyamlar artıq üçüncü ayına qədəm qoyur.

Milli.Az


Etiketlər:  Bacısı da Xamneyiyə qarşı çıxdı Günahsız insanları öldürür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ