Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

21 saylı məktəbin şagirdinin sinif yoldaşına bıçaqlı hücumu VİDEOya düşüb

21 saylı məktəbin şagirdinin sinif yoldaşına bıçaqlı hücumu VİDEOya düşüb

Tarix: 8 Dekabr 2022 02:32

Rusiyada, Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində 21 saylı məktəb şagirdinin sinif yoldaşına hücumu videoya düşüb.

Milli.Az bildirir ki, müvafiq kadrlar "FV Nijnevartovsk. Hadisələr" Telegram kanalında yayımlanıb.

Videoda məktəblinin pilləkənlərlə sinif yoldaşını qovması əks olunub. O, həmyaşıdını qabaqlayaraq, bıçaqlayıb və gizlənib. Digər uşaqlar şagirdin arxasınca getməyiblər.

Daha sonra 14 yaşlı hücum edənin də bıçaqlandığı məlum olub. Hər iki oğlan xəstəxanaya aparılıb.

Yaralı şagird ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. İstintaq Komitəsi cinayət işi açıb.

Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın sədri Nikolay Lukaş hadisə yerinə baş çəkib. Nijnevartovskdakı məktəbdə baş verənlərə görə dərslər dayandırılmayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  21 saylı məktəbin şagirdinin sinif yoldaşına bıçaqlı hücumu VİDEOya düşüb


RƏYLƏR