Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranın Ermənistana bağışladığı raketlər nəyə qadirdir? – FOTO

İranın Ermənistana bağışladığı raketlər nəyə qadirdir? – FOTO

Tarix: 8 Dekabr 2022 07:54

Xəbər verdiyimiz kimi, İran gizli yollarla Ermənistana 600 raket hədiyyə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, İran hədiyyə etdiyi raketlərdən istifadə edə bilməsi üçün ermənilərə təlim keçən mütəxəssislər də göndərib. İranlı mütəxəssislərin sülhməramlıların nəzarətində olan Laçın dəhlizi vasitəsilə Xankəndiyə gəlməsi isə bu raketlərin Qarabağ separatçılarına da çatdırıldığı və onlara da təlim keçildiyi anlamına gəlir.

İranın Ermənistana 500 ədəd "Dehlaviyeh", 100 ədəd isə "Almas" tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi bağışladığı, pulsuz verdiyi bildirilir.

"Dehlaviyeh" və "Almas" raketləri nəyə qadirdir?

"Almas" raketləri haqda açıq mənbələrdə məlumat olmasa da, "Dehlaviyeh" ilə bağlı kifayət qədər informasiya toplamaq mümkündür.

"Dehlaviyeh" - "Dehlaviye" "Kornet"in tamamilə surəti sayılır. Bütün göstəriciləri "Kornet"lə eynidir, yalnız gecə termal hədəf sistemi yoxdur.

Beləliklə, uçuş məsafəsi - gündüz 5500, gecə 3500 m, minimal məsafə 100 m, maksimal sürəti 70 km/saatdır.

Saniyədə 250 metr sürəti olan hədəfləri vurmağa qadirdir.

Yarımavtomatikdir, lazirlə təchiz edilib, diametri 152 mm, uzunluğu 1200 mm-dir, qanadlararası məsafə 460 mm-dir.

Raketin çəkisi 26, başlıq 7 kq, partlayıcının kütləsi 4,6 kq-dır.

"Kornet"in müxtəlif modifikasiyaları var və bəziləri 10 min metrə qədər çatır. 1998-ci ildə Rusiya ordusunun arsenalına qəbul edilən raket sistemi 2003-cü il İraq savaşında "Abrams"a qarşı uğurla istifadə edilib.

"Kornet" həm də helikopterlərə, zirehli maşınlara, piyada qoşunlarına, möhkənləndirilmiş mühəndis-istehkam qurğularına qarşı istifadə edilir.

Beləliklə, İranın Ermənistana hədiyyə etdiyi "Dehlaviye" tam-tamına bu xüsusiyyətləri özündə daşıyır.

Kompleks 2012-ci ilin iyul ayından İran Aerokosmik Sənaye Təşkilatının bir hissəsi olan "Ya Mehdi" sənaye qrupu tərəfindən kütləvi istehsal olunur.

Bu raket İranın fəxr etdiyi silahlardandır, maşın üzərində daşınması da mümkündür.

Sadəcə, olduqca maraqlı sual meydana çıxır: İran Rusiyanın təsir dairəsində olan ölkəyə rus silahlarının alternativini hansı cəsarətlə təklif edir? Bu, bölgədə yeni gərginlik ocağı üçün Rusiya ilə razılaşdırılmış ssenaridirmi?

Milli.Az


Etiketlər:  İranın Ermənistana bağışladığı raketlər nəyə qadirdir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ