Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biz dəli deyilik, nüvənin nə olduğunu bilirik - Putin

Biz dəli deyilik, nüvənin nə olduğunu bilirik - Putin

Tarix: 8 Dekabr 2022 08:50

Nüvə silahından ilk istifadə edən ölkə Rusiya olmayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Prezident qeyd edib ki, Rusiyanın müstəsna müdafiə funksiyalarına malik olan bütün nüvə strategiyası cavab zərbəsi ətrafında köklənib.

O, həmçinin bildirib ki, hazırda çox danışılan taktiki nüvə silahları Avropada çox saydadır və bu silahlar Amerikanındır.

"Biz dəli deyilik, nüvə silahının nə olduğunu bilirik. Biz onları ülgüc kimi yelləmək fikrində deyilik", - Putin qeyd edib.

Milli.Az


Etiketlər:  Biz dəli deyilik nüvənin olduğunu bilirik Putin


RƏYLƏR