Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 3 qız saxlanıldı - FOTO

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 3 qız saxlanıldı - FOTO

Tarix: 8 Dekabr 2022 12:34

Dekabr ayının 5-də saat 18:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakini 2004-cü il təvəllüdlü Məmmədova Bəsdi Fərux qızı, Ağstafa rayonu Poylu qəsəbə sakinləri 2006-cı il təvəllüdlü Bədirova Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları müəyyən edilib.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideynləri sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıblar.

Əhali arasında, xüsusən yeniyetmə və gənclərin cinayət tərkibli hərəkətlərə yol verilməsinin, həmçinin gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə zəruri maarifləndirmə və təbliğat işləri aparılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 3 qız saxlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ