Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2022 16:12
Avstraliyalı paleontoloqlar qitənin şimal-şərqində elasmozavr adlı qədim canlının qalıqlarını tapıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, alimlər ilk dəfə olaraq 100 milyon ildən çox əvvəl yaşamış heyvanın bütöv, tam skeletini aşkar ediblər.
Məlumata görə, sümüklər Keynsdən 800 km cənub-qərbdə yerləşən MakKinli bölgəsində qazıntılar zamanı həvəskar arxeoloqlar tərəfindən tapılıb.
Bildirlir ki, skelet nəsli kəsilmiş nəhəg dəniz sürünənlərini ətraflı şəkildə öyrənməyə kömək edəcək.