Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prokurorluq işçilərinin maddi təminatı artırılır

Prokurorluq işçilərinin maddi təminatı artırılır

Tarix: 8 Dekabr 2022 18:00

Prokurorluq işçilərinin maddi təminatı artırılır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna görə, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir.

Dəyişikliyə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulacaq.

Qanun 2023-cü il yanvarın 1-dən tətbiq ediləcək.


Etiketlər:  Prokurorluq işçilərinin maddi təminatı artırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ