Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderlandlı çalışdırıcı komandadan ayrıldığını açıqladı

Niderlandlı çalışdırıcı komandadan ayrıldığını açıqladı

Tarix: 10 Dekabr 2022 07:36

Lui van Qal futbol üzrə Niderland milli komandasının baş məşqçisi postunu tərk etdiyini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında komandasının uduzmasından sonra jurnalistlərə 71 yaşlı mütəxəssisin özü məlumat verib.

"Niderland millisinin baş məşqçisi kimi işləməyə davam etməyəcəyəm, bu, həqiqətən də mənim son oyunum idi, millidəki üçüncü dönəmim başa çatdı".

Qeyd edək ki, Niderland Argentinaya penaltilər seriyasında uduzub.

Milli.Az


Etiketlər:  Niderlandlı çalışdırıcı komandadan ayrıldığını açıqladı


RƏYLƏR