Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliyanın DÇ-dəki məğlubiyyətinə görə yaranan dava ölümlə nəticələndi

Braziliyanın DÇ-dəki məğlubiyyətinə görə yaranan dava ölümlə nəticələndi

Tarix: 10 Dekabr 2022 07:46

Cümə günü futbol üzrə Braziliya milli komandasının Xorvatiya ilə dünya çempionatının 1/4 final matçında uduzmasından sonra baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Hadisə San-Paulu ştatının Barreteş şəhərində baş verib. Matçın bitməsindən az sonra ticarət mərkəzində başlayan münaqişə ticarət mərkəzinin qarşısında davam edən və atışma ilə nəticələnən kütləvi davaya çevrilib.

Hadisə zamanı 17 yaşlı qız güllə yarasından ölüb, rəfiqəsi yaralanıb.

Polisin məlumatına görə, dörd nəfər avtomobillə hadisə yerindən qaçıb. Münaqişənin səbəbləri açıqlanmır.

Milli.Az


Etiketlər:  Braziliyanın dəki məğlubiyyətinə görə yaranan dava ölümlə nəticələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ