Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2022 12:00
Gecə saatlarından başlayan yağış Bakı sakinlərinə çətin anlar yaşadıb.
Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, "İnşaatçılar" metro stansiyasının yaxınlığında yağış suları yola toplanıb və piyadaların, həmçinin nəqliyyat vasitələrinin keçidi üçün ciddi problem yaradıb.
Eyni vəziyyət "Nizami" metro stansiyasının çıxışında da yaşanıb. Belə ki, yağış sularının gur axıntısı piyada keçidini yuyub və yolu keçilməz edib. Keçiddən keçə bilməyən piyadalar isə maşın yoluna çıxmalı olublar.
Həmçinin "Qış parkı"nın yaxınlığındakı yeraltı keçidi də su basıb. Səhər saatlarında keçidə dolmuş suyu çəkmək üçün bir neçə su nasosu gətirilib və su çəkilərək yeraltı keçiddə hərəkət bərpa edilib.