Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2022 12:10
"Oğlum Muhammedin kiçik toyuna gələn hər bir həmkarımın cibinə pul qoymuşam. Həyat yoldaşım Fazil müəllim söylədi ki, onlar Rəqsanənin oğlunun deyil, Fazilin oğlunun toyuna gəliblər. Bu, onların çörək pullarıdır. Onlar da bu məclisimizdən pul qazanmalıdırlar".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.
Sənətçi bildirib ki, bir neçə ay əvvəl Bakıda oğlu Muhammedin kiçik toy məclisində türk həmkarı Linetin iştirak etməsi üçün ona 100 min manat ödəyib.
"Bilirsiniz ki, övladımın məclisində Türkiyənin məşhur ulduzu Linet iştirak etdi. Linetə 100 min manat qonorar ödədik. O məbləğin əksər hissəsi isə elə təyyarə biletlərinə getdi. 50 min manata yaxın məbləğ özünün qonorarıdır. Deyirlər ki, biz əgər Türkiyədən gəliriksə yalnız öz hava yollarımızla gəlirik və biletlərimiz də biznes klass olmalıdır".