Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Adam öz məhsuluna gülməz” - Aparıcıdan İmanova

“Adam öz məhsuluna gülməz” - Aparıcıdan İmanova

Tarix: 10 Dekabr 2022 12:55

Real FM-in direktoru Kəmalə Onur Əməkdar artist Tahir İmanovun düzgün danışıqla bağlı videosuna münasibət bildirib. 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, aparıcı bununla bağlı feysbukda status paylaşıb. O, İmanova "Məhəllə" filmlərindəki Eliş və Roşka obrazını xatırladıb:

"Eşitdim ki, Tahir İmanov da "elə yox, belə" çəkib. Elişlə Roşkanı ələ salıb. Müəllim, axı adam öz məhsuluna gülməz". 

Qeyd edək ki, İmanov həmin videoda "Can", "Çay", "Çəmən" və sairə kimi sözləri həm yanlış, həm də doğru tələffüz edərək izləyicilərinə "Doğma dilimizdə düzgün danışaq" mesajını verib. 

Onu da xatırladaq ki, K. Onurun sosial şəbəkələrdə həm də sözlərin düzgün yazılış və tələffüz qaydaları ilə bağlı videolarını paylaşdığı "Ele_yox_bele" adlı səhifəsi var.


Etiketlər:  Adam məhsuluna gülməz Aparıcıdan İmanova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ