Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Argentinanın çirkin planı

Argentinanın çirkin planı

Tarix: 12 Dekabr 2022 19:10

DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə qarşılaşacaq Argentinanın oyuna planı bəlli olub.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, cənubi amerikalılardan biri çıxış etdiyi Avropa klubundakı komanda yoldaşına danışıb.

Adı açıqlanmayan həmin argentinalı bildirib ki, Xorvatiyanı zərərsizləşdirmək üçün xüsusi tapşırıq alıblar. Rəqibin ən zəif tərəfinin psixoloji hazırlıq olduğunu müəyyənləşdirən yığma məşqçiləri üç futbolçunu meydana xüsusi vəzifə üçün buraxacaq.

Bu oyunçuların hərəsi bir xorvatiyalını zərərsizləşdirməlidir. Plana əsasən həmin futbolçular rəqibin zəif yerindən yararlanaraq xırda follar, hakimin eşitməyəcəyi xoşagəlməz ifadələrlə rəqibi özündən çıxarmaqdır. Məqsəd bu futbolçuların vərəqələr, hətta "qırmızı" alması və rəqibin oyununun sınmasıdır. Artıq "üçlüy"ün hər birinin hansı "qurban"a təhkim olunması da bölüşdürülüb. Bu, rəqiblər əsəblərinin zəif olmasına görə seçilib.

Qeyd edək ki, sabah keçiriləcək Argentina - Xorvatiya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Etiketlər:  Argentinanın çirkin planı


RƏYLƏR