Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” qış çempionluğuna doğru

“Qarabağ” qış çempionluğuna doğru

Tarix: 13 Dekabr 2022 08:04

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, turun ilk günündə iki matç baş tutacaq.

Şamaxıda eyniadlı komanda "Zirə" ilə üz-üzə gələcək. Son 4 matçında uduzmayan Vüqar Əsgərlinin yetirmələri uğurlu seriyanı davam etdirərək təhlükəli zonadan uzaqlaşmaq niyyətindədir. Rəşad Sadıqovun komandası səfər qələbəsi ilə "Neftçi"yə yaxınlaşmağı hədəfləyib.

Günə "Qarabağ" və "Qəbələ" arasında qarşılaşma ilə yekun vurulacaq. Beş gün əvvəl kubokda üz-üzə gələn rəqiblər cavab görüşü öncəsi Premyer Liqada da qarşılaşacaq. Məğlubiyyətsiz irəliləyən Qurban Qurbanovun komandası bu oyunda da uduzmasa, qış çempionluğunu təmin edəcək. Qonaqlar isə "dördlük"dən uzaq düşməmək üçün qalib gəlməyə çalışacaq.

Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XVII tur
13 dekabr (çərşənbə axşamı)
14:00. "Şamaxı" - "Zirə"

Şamaxı şəhər stadionu

19:00. "Qarabağ" - "Qəbələ"
"Azersun Arena"

1

Qarabağ

16

14

2

0

44-8

44

2

Sabah

16

12

3

1

32-11

39

3

Neftçi

16

10

2

4

31-19

32

4

Zirə

16

8

2

6

18-22

26

5

Qəbələ

16

7

3

6

20-17

24

6

Turan Tovuz

16

4

4

8

11-21

16

7

Şamaxı

16

2

6

8

14-25

12

8

Səbail

16

2

4

10

13-25

10

9

Kəpəz

16

2

4

10

12-31

10

10

Sumqayıt

16

1

6

9

8-24

9

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 12 qol, Musa Qurbanlı ("Qarabağ") - 11 qol, Emin Mahmudov ("Neftçi") - 9 qol

Milli.Az


Etiketlər:  Qarabağ qış çempionluğuna doğru


RƏYLƏR