Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toppuş bacı: “20 200 manata ehtiyacım var” - VİDEO

Toppuş bacı: “20 200 manata ehtiyacım var” - VİDEO

Tarix: 13 Dekabr 2022 14:40

"Müalicəm üçün 35200 manat lazımdır. Bu məbləğin 15 min manatını toplamışam. 20200 manata ehtiyacım var".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri "Toppuş bacı" ləqəbi ilə məşhurlaşan Əməkdar artisti Tünzalə Əliyeva "TikTok" sosial şəbəkə platformasında açdığı canlı yayımda deyib.

Əməliyyat olub - olmayacağı haqda söz açan T.Əliyeva bildirib ki, beynində və ağciyərində bədxassəli şişlərin sayı artıb:

"Həkimlər mənə söylədilər ki, əməliyyatın olub-olmayacağı altı həftədən sonra bəlli olacaq. İki həftəni geridə qoymuşam. Qalıb 4 həftə - yəni tam bir ay. "MRT"nin nəticəsi əsasında beyində olan o bədxassəli şişlərin (tümor) aqibəti bəlli olacaq.

Hələ ki şüa qəbul etmişəm. Şüadan sonra nə olacaq bilmirəm. Çox gümanki əməliyyat olunmayacağam. Çünki ağ ciyərimdə bədxassəli şişlərin sayı həddən artıq çoxdur. Hər dəfə "MRT"yə girəndə düşünürəm ki, bununla bitəcək, son olacaq. Amma görürsən ki, bitmir".

Aktrisanın canlı yayımlarından birində "Rufo Gəncinski" ləqəbli "qanuni oğru" Ülfət Tağıyevin ona 10 min dollar göndərdiyi məlum olub. Məbləğin köçürülüb-köçürülmədiyi ilə bağlı suala Əməkdar artist "Hələ pul köçürülməyib" cavabını verib.

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.
Beynində bədxassəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüaterapiya almalı, daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb.

Milli.Az


Etiketlər:  Toppuş bacı 20 200 manata ehtiyacım var VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ