Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 16:00
Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində İngiltərə ilə oyunda qapısına iki penalti təyin edilən Fransa millisinin futbolçusu Uqo Lyoris mundiallar tarixinə düşüb.
Sonxeber.net "report"a istinadən bildirir ki, komandasının 2:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada rəqibin iki dəfə penaltidən yararlanması 35 yaşlı qapıçını rekordçu edib.
Lyoris bununla mundiallarda qapısına ən çox penalti göstərilən qolkiper ünvanını ələ keçirib. 2010 və 2018-ci illərdə də dünya çempionatında "üçrənglilər"in qapısını qoruyan dəri əlcək sahibi ümumilikdə 5 dəfə onbirmetrlik zərbə zamanı rəqib oyunçularla üz-üzə qalıb. O, bununla iranlı Nasser Xedjazi və ispaniyalı İker Kasilyasın rekordunu yeniləyib.
Qapıçı |
Millisi |
Penaltilər |
Turnirlər |
|||
Zərbə |
Qol |
Seyv |
Qeyri-dəqiq |
|||
Uqo Lyoris |
Fransa |
5 |
4 |
1 |
2010(1), 2018(1), 2022(3) |
|
Nasser Xedjazi |
İran |
4 |
4 |
1978(4) |
||
İker Kasilyas |
İspaniya |
4 |
2 |
2 |
2002(2), 2010(1), 2014(1) |
|
Qyula Qroşim |
Macarıstan |
3 |
2 |
1 |
1954(1), 1958(1), 1962(1) |
|
Çan-Myun Li |
Şimali Koreya |
3 |
3 |
1966(3) |
||
Lev Yaşin |
SSRİ |
3 |
2 |
1 |
1958(2), 1966(1) |
|
Harald Şumaxer |
Almaniya |
3 |
2 |
1 |
1982(2), 1986(1) |
|
Andoni Zubizarreta |
İspaniya |
3 |
1 |
2 |
1986(1), 1990(2) |
|
Ali Bumnijel |
Tunis |
3 |
3 |
2002(1), 2006(2) |
||
Stip Pletikoşa |
Xorvatiya |
3 |
3 |
2002(1), 2006(1), 2014(1) |
||
Kasper Şmeyxel |
Danimarka |
3 |
1 |
1 |
1 |
2018(3) |
Gilyermo Oçoa |
Meksika |
3 |
2 |
1 |
2014(1), 2018(1), 2022(1) |