Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin ilin son böyük mətbuat konfransını niyə ləğv etdi? - KƏŞFİYYAT MƏLUMATI

Putin ilin son böyük mətbuat konfransını niyə ləğv etdi? - KƏŞFİYYAT MƏLUMATI

Tarix: 13 Dekabr 2022 22:24

Rusiya prezidenti Vladimir Putinin illik böyük mətbuat konfransı, çox güman ki, ölkədə müharibə əleyhinə əhval-ruhiyyənin yayılması ilə bağlı yaranan narahatlıqlara görə ləğv edilib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin dekabrın 13-də dərc etdiyi kəşfiyyatın gündəlik icmalında deyilir.

Hesabatda son 10 ildə ilk dəfə olaraq, Rusiya prezidentinin belə bir vacib tədbirdən vaz keçməsinə diqqət çəkilib.

Rəyçilər hesab edirlər ki, mətbuat konfransı Putinin həmişə ictimai çıxışlarının mühüm elementi olub və daha çox onun üçün piar rolunu oynayıb.

"Lakin indi Moskvada müharibə əleyhinə əhval-ruhiyyənin yayılması ilə bağlı artan narahatlıq hökm sürür. Kreml rəsmiləri, demək olar ki, hər hansı bir hadisənin baş verə biləcəyi ehtimalına çox həssasdırlar. Onlara görə, Putinin istənilən "xüsusi hərbi əməliyyat"la bağlı çıxışı arzuolunmaz ictimai müzakirəyə səbəb ola bilər", - deyə, hesabatda bildirilir.


Etiketlər:  Putin ilin böyük mətbuat konfransını niyə ləğv etdi KƏŞFİYYAT MƏLUMATI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ