Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Suriyanın şimalından hərbçilərini geri çəkməyinin səbəbini açıqlayıb

ABŞ Suriyanın şimalından hərbçilərini geri çəkməyinin səbəbini açıqlayıb

Tarix: 9 Oktyabr 2019 02:20

Bakı. Trend:

ABŞ Suriyanın şimalından hərbçilərini Türkiyənin burada planlaşdırdığı hərbi əməliyyat səbəbindən geri çəkib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun mətbuat xidmətinin nümayəndəsi Conatan Hoffman deyib.

C.Hoffman vurğulayıb ki, ABŞ-ın Suriyada hərbi iştirakı dəyişilməz olaraq qalır: "Nazirliyin mövqeyi belə idi və belə qalır ki, təhlükəsizlik zonasının yaradılması - Suriyanın şimalında sabitliyin qorunması üçün ən yaxşı yoldur. Təəssüf ki, Türkiyə birtərəfli qaydada hərəkət etmək qərarına gəlib. Nəticədə biz ABŞ qüvvələrini Türkiyənin potensial müdaxilə yolu olan Suriyanın şimalından onların təhlükəsizliyini təmin etmək üçün çıxardıq".

Nümayəndə qeyd edib ki, hazırda biz Suriyada hərbi iştirakımızda dəyişikliklər etməmişik.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ Suriyanın şimalından hərbçilərini geri çəkməyinin səbəbini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ