Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi dünya çempionatlarının tarixinə düşüb

Messi dünya çempionatlarının tarixinə düşüb

Tarix: 14 Dekabr 2022 08:36

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarının tarixinə düşüb.

Milli.Az "report"a istinadən bildirir ki, 35 yaşlı hücumçu bir mundialda 3 matçda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalan ilk futbolçu olub.

Təcrübəli forvard bu uğura Meksika ilə qrup oyununda (2:0), Niderlandla 1/4 final matçında (2:2, penaltilər seriyasında 4:3) və Xorvatiya ilə yarımfinal qarşılaşmasında (3:0) imza atıb.

Qeyd edək ki, Argentina millisi dekabrın 18-də keçiriləcək finalda Fransa - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Messi dünya çempionatlarının tarixinə düşüb


RƏYLƏR