Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nüvə təhlükəsizliyi üzrə transseksual müşavir Bayden administrasiyasından qovuldu - FOTO

Nüvə təhlükəsizliyi üzrə transseksual müşavir Bayden administrasiyasından qovuldu - FOTO

Tarix: 14 Dekabr 2022 12:48

ABŞ-nin nüvə təhlükəsizliyi üzrə müşaviri Sem Brinton Bayden administrasiyasından qovulub.

Bu barədə Energetika Nazirliyinin nümayəndəsi xəbər verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, "Sem Brinton artıq Energetika Departamentinin əməkdaşı deyil", - deyə o vurğulayıb.

Eyni zamanda, Brintonun özünün istefa verdiyi, yoxsa oğurluqla bağlı qalmaqala görə işdən çıxarıldığı açıqlanmır.

Qeyd edək ki, transgender müşavir Minneapolis hava limanlarında sərnişinlərin baqajını oğurlamaqda ittiham edilib. O, dekabrın 19-da Minnesota ştatında məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, hadisə 2022-ci il sentyabrın 16-da Minneapolis hava limanında baş verib. Sərnişinlərdən biri polisə müraciət edərək, içərisində 2,3 min dollar olan çamadanının oğurlandığını bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları oğrunu müşahidə kameralarının qeydlərində tapıblar. Məlum olub ki, bu Sem Brintondur. Kadrlarda onun çamadanı götürdüyü, sahibinin adı olan etiketi qopardığı və hava limanını tərk etdiyi görünür. Bununla kifayətlənməyən məmur sonradan onunla bir neçə dəfə səfər də edib.

Milli.Az


Etiketlər:  Nüvə təhlükəsizliyi üzrə transseksual müşavir Bayden administrasiyasından qovuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ