Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2022 14:18
İpoteka krediti verilən zaman borcalanın gəlirlərinin hesablanması qaydasında dəyişiklik edilib. Yəni borcalanların muzdlu işlə əlaqədar gəlirlərinin hesablanması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığorta altsistemi ilə yanaşı, əmək müqaviləsi bildirişi sistemi də nəzərə alınacaq.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, gəlirlərin hesablanması qaydasında dəyişiklik bununla yekunlaşmır.
Yeni qaydaya əsasən, borcalanın maaşında azalma olduğu zaman hesablama indiyə qədər olduğu kimi, ortaq bir rəqəmə əsasən yox, azalmadan sonrakı konkret məbləğə görə aparılacaq.
Dəyişiklik artıq ipoteka krediti almış vətəndaşlara deyil, yeni müraciət edənlərə şamil olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: