Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tanrı bu bazar günü səni mükafatlandıracaq'' - Messiyə dəstək

''Tanrı bu bazar günü səni mükafatlandıracaq'' - Messiyə dəstək

Tarix: 15 Dekabr 2022 08:30

Braziliya millisinin sabiq üzvü Rivaldo DÇ-2022-nin finalından əvvəl Argentina millisinin kapitanı Lionel Messiyə dəstək olub.

O, "Tvitter" hesabında yazıb:

"Dünya çempionatının finalında Braziliya və ya Neymarı görməyəcəyik. Ona görə də Argentinanı dəstəkləyəcəm. Messi, sənə sözüm yoxdur. Sən əvvəl də dünya çempionu olmağa layiq idin. Amma Tanrı hər şeyi bilir və bu bazar günü səni mükafatlandıracaq. Sən bu ada layiqsən".

Qeyd edək ki, Argentina finalda Fransa - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq. Dekabrın 18-i keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Etiketlər:  Tanrı bazar günü səni mükafatlandıracaq Messiyə dəstək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ