Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 13:30
Aparıcı Leyla Quliyeva övladları ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı qızı və oğlunun festivalda qalib gəlməsini vurğulayaraq, sevincini bölüşüb:
"Son günlər hadisələr və tədbirlər çox intensiv dəyişir. Amma yuvarlaqlaşdıranda başa düşürəm ki, məni ən çox sevindirən övladlarımın nailiyyətləridir. Oğlum və qızım festivalda iştirak edib, biri qızıl, digəri bürünc medal qazanıb. Mən aparıcı olaraq səhnədə idim, övladlarım isə iştirakçı kimi. Onları səhnəyə dəvət edib, mükafatlandırılmasını izləmək, bütün digər ağıllı, istedadlı uşaqların içərisində onları da görmək bilirsiniz nə boyda sevinc idi? Hər kəsə bu hissi yaşamağı arzu edirəm".
Qeyd edək ki, Leyla rejissor Abbas Quliyevlə ailəlidir. Cütlüyün bir oğul, bir qız övladı var.